14 iyun 2018 23:04
1828

SOCAR digər ölkələrdəki aktivləri üzrə gəlirini açıqlayıb

Ötən il SOCAR-ın digər ölkələrdəki aktivləri üzrə ümumi gəliri 87,18 milyard manat olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Ernst & Young” şirkətinin hazırladığı SOCAR-ın 2017-ci il üzrə maliyyə hesabatında deyilir. Bildirilir ki, keçən il SOCAR-ın İsveçrədəki aktivləri üzrə gəliri 78,63 milyard manat, Türkiyədə 4,92 milyard manat, Birləşmiş Ərəb Əmirlikləri üzrə 1,32 milyard manat, Gürcüstanda 1,18 milyard manat, digər ölkələr üzrə isə 1,12 milyard manat olub.