20 avqust 2018 14:10
542

Ukrayna bal istehsalının həcminə görə Avropada liderdir

Ukrayna bal istehsalının həcminə görə dünyada 5-ci, Avropada isə lider ölkədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabineti məlumat yayıb.

Məlumatda bildirilir ki, Ukrayna il ərzində 100 min tondan artıq bal istehsal edir. Hazırda bu ölkədə 4 milyon arı pətəyi və 400 min arıçı var.

Ukrayna balı dünyanın 35 ölkəsinə ixrac edilir. Bu ölkələr sırasında ABŞ, Almaniya, Polşa və Fransa öncül yerləri tutur.