20 avqust 2018 16:50
649

Malayziya dövlət borcunu Çinin hesabına azaltmaq istəyir

"Malayziya dövlət borcunun azaldılmasında Çinin yardımına ümid edir".

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu Malayziyanın baş naziri Maxatxir Məhəmməd Çinin Dövlət Şurasının sədri Li Ketsian ilə görüşdə deyib. 

Onun sözlərinə görə, Malayziya Çindən İKT sahəsinə olan investisiyalar gözləyir. Çinin rəsmisi isə bildirib ki, ölkəsi Malayziyadan idxalı artırmaq niyyətindədir.

Qeyd edək ki, hazırda Malayziyanın dövlət borcu 250 mlrd. ABŞ dollarından çoxdur və bu borc hazırda korrupsiyada və oğurluqda ittiham olunan keçmiş baş nazir Nəcib Razakın vaxtında yaranıb.