20 avqust 2018 19:01
741

"Total" İranı tərk etdi

Fransanın "Total" neft şirkəti İranı tərk edib.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijən Namdar Zəngənə deyib.

Nazir qeyd edib ki, "Total" rəsmi olaraq "Cənub Pars-11" yatağının işlənməsi üzrə müqavilədən çıxıb. Şirkətin müqavilədən çıxdığını elan etməsindən iki aydan çox vaxt keçib".

Onun sözlərinə görə, İran hazırda "Total"ın əvəzinə yeni şirkət axtarır.