14 oktyabr 2018 14:22
2202

Sənaye məhsulunun 22,3 faizi emal sektorunda istehsal olunub

Doqquz ayda sənaye məhsulunun 22,3 faizi emal sektorunda istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, emal sektorunda ən çox artım tütün məmulatları və mebel istehsalında qeydə alınıb – müvafiq olaraq 2,5 və 2,1 dəfə.
Həmin dövrdə toxuculuq sənayesi məhsulları istehsalı 53,3 faiz, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 42,7 faiz, ağac emalı və ağac məmulatları istehsalı 20,6 faiz, içki istehsalı 11,4 faiz, kağız və karton istehsalı 5,8 faiz, geyim istehsalı 1,6 faiz artıb. Qida məhsullarının istehsalında isə 0,6 faiz azalma olub.