15 oktyabr 2018 16:24
1799

Nazir Masallıda bölgə sakinləri ilə görüşəcək

Kənd təsərrüfatı naziri İnam Kərimov oktyabrın 19-da saat 11:00-da Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri ilə görüşəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, görüşdə iştirak etmək istəyənlər Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-287-12-12) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.