18 may 2018 15:37
856

Bakıda I Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilir

Mayın 18-də Bakıda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Avropa İttifaqı və Dünya Bankının təşkilatçılığı ilə I Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilir.

AZƏRTAC-ın məlumatına görə, konfransın açılış mərasimində çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, tədbirin əsas məqsədi dünyanın qabaqcıl texnologiyasının Azərbaycana gətirilməsi və ölkəmizdə tətbiqi, həmçinin insanların sağlam qida ilə təchiz olunmasıdır. “Ölkəmizdə qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi bu sahədə təhlükəsizliyin təmin edilməsi agentliyin qarşısında duran başlıca vəzifələrdən biridir”, - deyə o bildirib.

Q.Təhməzli qeyd edib ki, yarandığı 4 ay ərzində qida təhlükəsizliyi sahəsində 27 normativ hüquqi akt qəbul olunub, hüquqi baza yaradılıb və bu istiqamətdə işlər davam edir.

Avropa İttifaqının nümayəndəsi Jeroen Villems Azərbaycanın kənd təsərrüfatının inkişafında qısa zamanda böyük nailiyyətlər qazandığını vurğulayıb. Diqqətə çatdırılıb ki, agentliyin yaradılması sayəsində ölkədə əhalinin sağlam qida ilə təchizi sahəsində də müsbət dəyişikiliklər müşahidə olunur.