16 mart 2018 21:43
1585

Ələtdəki yeni Bakı limanı

Ələt  Yeni İpək Yolunun ən çox uğur əldə edə biləcək logistika və istehsal zonasıdır

Ələtdə Yeni Bakı limanının yerləşdiyi yeri gördükdə beynəlxalq ticarət, mədəniyyət və iqtisadiyyatların birləşməsi ilə bağlı xəyallar gerçəkliyə çevrilir. Belə ki, liman Xəzər dənizinin qəhvəyi rəngli, hətta əyri çöl kollarının da böyümək üçün mübarizə apardığı, sızmış neftin göy qurşağı kimi rəngbərəng parıltılar yaratdığı sahilində yerləşir. Lakin bu təsvir etdiyimiz 20 kvadratkilometrlik çöl ərazisi, bütün Yeni İpək Yolunun ən perspektivli logistika və istehsal zonalarından biri hesab edilir.

Ələtdəki Yeni Bakı limanının ən mühüm cəhəti onun coğrafi mövqeyidir, liman Kəmər və Yolun mərkəzi dəhlizlərinin kəsişməsində, Çindən Avropaya qədər uzanan, yeni açılmış Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Hindistanı İran və Rusiya ilə birləşdirən, inkişaf etməkdə olan “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin də daxil olduğu ərazidə yerləşir. Bu region dünyanın sürətlə inkişaf edən və iqtisadi cəhətdən diversifikasiyalaşan hissəsidir və bu nəqliyyat dəhlizləri həmin keçidlərin qurulması üçün baza rolunu oynayırlar.

Azərbaycanın kobud desək, 30 illik nefti qalıb və hazırda logistika iqtisadiyyatına keçid ölkədə milli prioritet sayılır.