14 dekabr 2017 21:10
608

Ölkə üzrə pambıq qəbulu məntəqələrinə 201 min tondan çox məhsul təhvil verilib

Dekabrın 14-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 201 min 491 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən gün 612,88 ton pambıq tədarük edilib.

Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Onlar dekabrın 14-dək 25 min 533 ton pambıq təhvil veriblər. Ümumilikdə isə 10 min tondan çox pambıq tədarük edən rayonların sırasına Biləsuvar, Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan və İmişli rayonlarının pambıqçıları daxildir.

AZƏRTAC pambıq tədarükünə dair dekabrın 14-dək olan operativ məlumatı təqdim edir.