21 may 2018 14:11
956

Keçmiş bankirə “Aqrolizinq”də yüksək vəzifə verilib

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-yə daha bir sədr müavini təyin edilib.

“Report” xəbər verir ki, bu, Mehman Məmməd oğlu İsmayılovdur.

O, bundan əvvəl “Kapital Bank” ASC-nin departament direktoru, hazırda ləğv prosesində olan “Texnika Bank” ASC-nin Audit Komitəsinin sədri, “Bank of Azerbaijan” ASC-nin Müşahidə Şurasının sədri, eləcə də Azərbaycan Mərkəzi Bankının şöbə müdiri vəzifələrində çalışıb.