21 may 2018 15:05
781

Stepan Kubiv: Komissiyasının növbəti iclası əlaqələrin inkişafında yeni mərhələ olacaq

Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın 12-ci iclasının Kiyevdə keçirilməsinə hazırıq. İclasın tarixinin razılaşdırılması ilə bağlı Azərbaycan tərəfinin təklifini gözləyirik.

Bunu AZƏRTAC-a açıqlamasında Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv deyib.

Baş nazirin birinci müavini əminliklə bildirib ki, birgə komissiyanın növbəti iclası iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin inkişafında yeni mərhələ olacaq.

S.Kubiv, həmçinin vurğulayıb ki, turizm sahəsi üzrə Azərbaycan-Ukrayna Birgə Komissiyasının 2-ci iclasının sentyabr-oktyabr aylarında Bakıda keçirilməsi planlaşdırılır.

“Ukrayna Azərbaycanla hərtərəfli əlaqələrə böyük önəm verir. Ukrayna və Azərbaycan əməkdaşlığın potensialını hələ tam realizə etməyiblər. Hər iki ölkə kimya sənayesi, əczaçılıq və maşınqayırma sahələrində birgə istehsal əlaqələrini inkişaf etdirməlidir”, - deyə Baş nazirin birinci müavini əlavə edib.