21 fevral 2018 23:35
2632

Avtomobil yolları işçiləri jurnalistlərlə görüşüb

Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə jurnalistlərlə görüş keçirilib

Fevralın 21-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə müxtəlif media qurumlarını təmsil edən jurnalistlərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev son illər ölkəmizdə yol infrastrukturunun yenidən qurulması ilə bağlı həyata keçirilən layihələrdən danışıb.

O bildirib ki, paytaxtla yanaşı, artıq respublika üzrə bütün rayonları əhatə edən magistral və yerli əhəmiyyətli yollarda genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir.

Media qurumlarının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə səmərəli əməkdaşlığından danışan sədr müavini Əvəz Qocayev həyata keçirilən layihələri operativ və peşəkar işıqlandırdıqlarına görə jurnalistlərə təşəkkürünü bildirib.

Sonra bir sıra media qurumlarına mükafatlar təqdim olunub.