23 yanvar 2018 19:54
939

Azərbaycanda 32 uşaq övladlığa verilib

2017-ci il ərzində 32 körpə Azərbaycan vətəndaşlarına övladlığa verilib.

Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, övladlığa uşaq götürmək üçün müraciət edənlər cinsi ayrıseçkilik etmirlər. 

2016-cı ildə isə Səhiyyə Nazirliyi vasitəsilə 36 uşaq övladlığa verilib. 

Qeyd edək ki, 0-3 yaş arası uşaqların övladlığa verilməsinə Səhiyyə, 3-18 yaş arası Təhsil Nazirliyi, ölkələrarası övladlığa verilmə məsələsinə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir.

Ötən il Təhsil Nazirliyi tərəfindən isə 2 nəfər Azərbaycan vətəndaşlarına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən isə 9 uşaq xarici ölkə vətəndaşına övladlığa verilib.