23 yanvar 2018 17:35
797

Növbəti aksiyada 300-dən çox ağac əkilib

YAP Qubadlı rayon təşkilatının keçirdiyi növbəti aksiyada 300-dən çox ağac əkilib

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyi münasibətilə YAP Qubadlı rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti aksiya keçirib.

Partiyanın rayon təşkilatından AZƏRTAC–a bildirilib ki, Qubadlı rayonundan olan məcburi köçkünlərin yaşadığı Sumqayıt şəhər 41-ci məhəllədə yerləşən 10 saylı peşə liseyinin və Qubadlı rayon Dəmirçilər kənd tam orta məktəbinin fəaliyyət göstərdiyi ərazinin ətrafında rayon təşkilatının fəalları, ictimaiyyət nümayəndələri tərəfindən 300-dən çox ağac əkilib.