17 noyabr 2017 23:54
1168

Cəbrayılda YAP-ın 25 illiyi münasibətilə tədbirlər davam edir

YAP Cəbrayıl rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsi önünə gül çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev bildirib ki, Yeni Azərbaycan Partiyası dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edərək, atdığı addımlarla cəmiyyətdə nüfuzunu daha da artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Vurğulanıb ki, ötən illər ərzinə ümumxalq partiyasına çevrilən YAP bu gün regionun ən böyük siyasi təşkilatı və cəmiyyətimizin aparıcı qüvvəsidir.

Cəbraıl rayon İcra Hakimiyyətinin başçısı, YAP rayon təşkilatı İdarə heyətinin üzvü Kamal Həsənov bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi müstəqil Azərbaycanın tarixində əhəmiyyətli hadisədir. Ümummilli lider Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanda dinamik inkişaf təmin olunub. Qeyd olunub ki, sıralarını daim  genişləndirən Yeni Azərbaycan Partiyası avanqard siyasi qüvvə kimi ölkəmizin qüdrətlənməsi və xalqımızın rifahının daha da yaxşılaşdırılmasına bundan sonra da töhfələr verəcək.

Tədbirdə YAP üzvlüyünə yeni qəbul olunmuş şəxslərə vəsiqələr, işində fərqlənən partiya üzvlərinə fəxri fərmanlar təqdim edilib.

Sonda Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş film nümayiş edilib.

Zahid Rza, “İki sahil”