21 sentyabr 2017 18:14
241

Nazir Daşkəsən rayonunda vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Daşkəsən rayonunda vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 28-də Daşkəsən, Gədəbəy, Samux, Göygöl rayonlarında və Gəncə şəhərində yaşayan vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüş saat 10:00-da Daşkəsən şəhərində yerləşən Dövlət Arxiv İdarəsində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 10 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Gəncə şəhəri, H.Z.Tağıyev küçəsi 58, əlaqə telefonları: 022-253-04-48, 050-366-05-04, 050-391-97-50) xahiş olunur.