17 noyabr 2018 00:25
3243

Azərbaycan: dünyanın ictimai, siyasi, humanitar mərkəzi

Bəşəri və milli -mənəvi dəyərlərə göstərdiyi ehtiramını mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməklə bildirən Azərbaycanın sivilizasiyalararası mərkəz kimi tanınması ölkəmizdə mövcud olan siyasi sabitliyin də göstəricisidir. Dünya ictimaiyyətini düşündürən problemlərin müzakirəsi, həlli yollarının axtarılması üçün aparılan dialoqların məntiqi nəticəsi kimi qəbul olunan bəyanatlara da Azərbaycanda imza atılır. Ulu öndər Heydər Əliyevin milli dəyərlərimizə göstərdiyi diqqəti davam etdirən Prezident İlham Əliyev bildirir ki, varlıq pasportumuz olan mənəvi sərvətlərimiz, milli mentalitetimiz tarixi ənənələrdən qaynaqlanır. Ölkəmizin ev sahibliyi etdiyi mədəniyyətlərarası dialoq forumlarında daim bir məqam xüsusilə diqqətə çatdırılır ki, Azərbaycan xalqlar, dövlətlər arasında körpü roluna əlavələr etməklə beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir. Tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan, bir çox millətlərin, dini konfessiyaların birgə yaşadığı Azərbaycanın nümunə göstərilməsi təsadüfi deyil.

Dövlətimizin başçısı İlham Əliyevin YUNESCO-nun Ümumdünya İRS Komitəsinin 2019-cu ildə keçirilməsi planlaşdırılan 43-cü sessiyasının Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncamı bir daha bu reallığı təsdiqləyir ki, tariximizi, mədəni sərvətlərimizi qorumaq və dünya irsinin müdafiə və mühafizəsinə dəstək göstərmək ölkəmizin dövlət siyasətinin tərkib hissəsidir. Tolerantlığa, multikulturalizmə dövlət siyasətinin tərkib hissəsi kimi önəm verilən ölkəmizdə humanitar dialoq və forumların davamı kimi ölkəmizə diqqəti artırır. Milli mənəvi dəyərlərimizin və mədəniyyətimizin qorunub, təbliği istiqamətində gördüyü işlərlə fərqlənən Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan  tədbirlərin hər biri xeyirxahlıq, humanizm nümunəsidir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESCO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində milli mədəniyyətimizin inkişafı naminə həyata keçirilən layihələr xüsusilə fərqlənir. Onun təşəbbüsü ilə bəşəriyyətin şifahi və qeyri - maddi irsinə dair şah əsərləri dünya siyahısına daxil olunan muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində görülən misilsiz işlər təqdirəlayiqdir. Bakıda və Qəbələdə keçirilən musiqi festivalları, sivilizasiyalararası əməkdaşlığın, mədəni əlaqələrin möhkəmlənməsində Fondun rolunu yüksək qiymətləndirənlər Mehriban xanım Əliyevanın təşəbbüslərini bütün xalqların mənəvi dəyərlərinə göstərilən diqqət kimi qiymətləndirirlər. Doğrudan da zaman keçdikcə sivilizasiyalar inkişaf edir. Dəyişməyən əbədi olan tarixi ənənələr, daim qorunub saxlanılan bütün dövrlərə aid mədəniyyət nümunələridir. Respublikamızda təşkil olunan və günlərlə davam edən musiqi festivallarında dünya şöhrətli vurtuozlar, məşhur simfonik orkestrlərlə birgə mədəni irsimizin incilərindən olan muğam ifaçılarımızın iştirakı mənəvi sərvətlərimizin təbliği istiqamətində ən uğurlu addım olmaqla göstərir ki, musiqinin dili ilə aparılan dialoqlar bəşəriyyət üçün faydalı layihələrdəndir.

Mehriban xanımın ünvanına deyilən “Siz YUNESCO-nun prioritetlərini ölkənizin inkişafının təməl daşına çevirməkdə uğur qazanmısınız... Sizi xoşməramlı səfirlər arasında görmək bizim üçün, YUNESCO üçün şərəfdir. Lakin mən deyərdim ki, Sizin nailiyyətlərinizin miqyasını bir ad ilə əhatə etmək çətindir. Siz YUNESCO-nun əsil bayraqdarısınız” sözlərini təsdiqləyən layihələr, təşəbbüslər tək Azərbaycan xalqı üçün deyil, başqa xalqlar üçün də dəyərlidir”” sözləri mənəvi dəyərlərimizə verilən qiymətdir.

2003- cü ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə YUNESCO tərəfindən bəşəriyyətin qeyri- maddi irsinin inciləri siyahısına salınan muğamlarımızın insanlara bəxş etdiyi mənəvi zövqün, zənginliyin, duyğuların heç nə ilə əvəz oluna bilməməsini diqqətə çatdıran Azərbaycan mədəniyyətinin ən fədakar təbliğatçısı, hamisi Mehriban xanımın bildirdiyi kimi, muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır: “Torpağa köklərə bağlılıq , vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik- bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm muğam gözəlliyin və məhəbbətin rəmzidir- səhv etmərəm”.

Azərbaycanın musiqisinin elə bir janrı yoxdur ki, orada tarixi minillərlə hesablanan və çoxillik irsə malik xalqımızın ruhundan qaynaqlanan, insanlara xeyirxanlıq, mətanət əxz edən muğamın təsiri hiss olunmasın. YUNESCO və İSESCO-nun xoş məramlı səfiri, kimi də milli-mənəvi dəyərlərimzin qorunub saxlanılması istiqamətində bəşəri ideyalara yönələn, humanistliyi, xeyirxahlığı, gənc nəslin formalaşması istiqamətində həyata keçirdiyi layihələr Mehriban xanımın həyat amalının əsas istiqamətlərindəndir. Onun təşəbbüsü ilə Bakıda keçirilən sivlizasiyalararası dialoq və konfranslar Azərbaycan haqqında məlumatların dünya birliyinə çatdırılması baxımından da əhəmiyyətlidir. Milli mənəvi irsimizi bəşəri dəyərlərlə vəhdətdə inkişaf etdirən, Azərbaycan qadınının simvolu olan Mehriban xanımın fəaliyyətinə verilən beynəlxalq qiymət onun xeyirxahlıq, humanistlik, insanlıq missiyasının göstəricisi olmaqla ölkəmizin iqtisadi, mədəni, elmi inkişafının təcəssümü kimi diqqəti cəlb edir. “Qızıl ürək”” və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülən Mehriban xanımın “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, YUNESCO-nun “Qızıl Motsart” medalına, layiq görülməsi illərdən bəri çəkilən zəhmətə beynəlxalq səviyyədə verilən dəyərdir. Ümumbəşəri mədəniyyət abidələrinin bərpasında da iştirak edən Fondun dəstəyi ilə Dünya İrslərinin siyahısına daxil olan Parisin Versal sarayının parkında zamanın və iqlimin təsirindən zərər çəkmiş iki abidənin bərpası həyata keçirilib. Strasburq Kafedral kilsəsinin vitrajlarının təmirinə də maddi kömək göstərilib. Parisin məşhur Notrdam kilsəsinin təmirində Heydər Əliyev Fondunun iştirakı da qarşılıqlı dostluq və tolerantlıq nümunəsi kimi yüksək dəyərləndirilir. Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” imzalanıb. Azərbaycanda da bir çox məscid, sinaqoq və kilsələr bərpa olunub. Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni salonların açılış mərasimində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı Azərbaycanla, Heydər Əliyev Fondu ilə əməkdaşlığa göstərilən böyük diqqətin ifadəsidir. Eyfel qülləsinin yaxınlığında yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzi dünya mədəniyyətinin paytaxtında ölkəmizin təbliği üçün ən əhəmiyyətli addımlardan biri oldu. Xüsusi əhəmiyyətə malik bu mədəni hadisələrin hər biri Azərbaycanın ən yüksək səviyyədə populyarlaşmasına xidmət edir.

“XXI əsrin böyük qadını” fəxri titulunun nominantı Mehriban xanımın xeyriyyəçilik işlərində fərqlənməsi, bəşəriyyətin ali ideyalarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə beynəlxalq səviyyəli sorğularda daha çox reytinq toplaması Azərbaycan qadınının ictimai-siyasi işlərdə zəngin təcrübəyə malik olduğunu göstərməklə, dünya birliyində fəal mövqe tutmasının nümunəsidir. Mehriban xanımın bu sözləri onun çoxşaxəli fəaliyyətinin bütün istiqamətləri üzrə qazandığı nailiyyətlərin göstəricisidir.

 Mehriban xanım Əliyevanın təşəbbüslərinə, YUNESCO və İSESCO-nun xətti ilə Azərbaycanda keçirilən beynəlxalq səviyyəli konfrans və simpoziumların əhəmiyyət və mahiyyətinə diqqət yetirməklə Azərbaycanın birinci xanımının xidmətləri barədə sadəcə təsəvvür yaratmaq mümkündür. Çünki onun gördüyü işlərin dövlətə, xalqa verdiyi səmərə ölçüyəgəlməz dərəcədə dəyərli və əhəmiyyətlidir.

Mehriban xanım Əliyevanın sədrlik etdiyi  Təşkilat Komitəsinin xidmətlərinin nəticəsində “Eurovision-2012” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları haqqında xoş sözlər hələ də eşidilməkdədir. Bakıda İSESCO-ya üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransının keçirilməsinin təşəbbüskarı da qurumun xoş məramlı səfiri Mehriban xanım Əliyeva olmuşdur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilməsi Azərbaycan qadınlarını dünyada təmsil edən birinci xanımın siyasi və ictimai fəaliyyətinin dünya ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilməsinin nümunəsidir. YUNESKO-nun gələn il keçiriləcək 43 sessiyasında da uğurlarımızın yüksək səviyyədə qiymətləndiriləcəyi şəksizdir.

Xuraman İsmayılqızı, “İki sahil”