08 may 2018 23:15
1914

9 may-qələbə gününün ən böyük haqq sahibi Azərbaycan xalqıdır

Keçmişdə  müstəmləkə qurmaq, böyük torpaq qazanmaq, böyük dövlət qurmaq  üçün lazımı sayılırdısa indiki zamanda müstəmləkəçilyin başlıca məqsədləri iqtisadiyyatdır və məhdud xammal qaynağı qarşısında yeni  təbii sərvətlərlə zəngin olan torpaqlar əldə etməkdir. Müstəmləkəçilər özlərini dünyanın “Robin Qüdü” kimin qələmə verərək , inkişaf etməmiş cəmiyyətləri rifaha qovuşdurub və  inkişaflarında  çox böyük rola sahib olduqlarını iddia edirlər. Sərvətləri ələ keçirən, varlanan, müstəqil dövlətləri nüfuz dairəsinə alan və dünyaya hegemonluq etmək istəyən müstəmləkəçi (müasir adları imperiaıist) dövlətlərin ağır sınaqları ilə üzləşən zəngin təbii ehtiyatlara malik olan bir çox ölkələr və xalqlar təəssüflər olsun ki, haqq etdikləri öz  halal nemətlərinin sahibi ola bilməmişlərdir.

Azərbaycan kimi təbii sərvətlərlə zəngin olan,müstəqil,suveren və inkişaf etməkdə olan dövlətlər isə bugün imperialist dövlətlərin qısqançılıqlarına və  həzmsizliklərinə tuş gəliblər.Bu gün dünyada ən nüfuzlu idman yarışlarına,ən nüfuzlu mədəni, siyasi və iqtisadi tədbirlərə ev sahibliyi edən, dünya üçün təhlükə mənbəyinə çevrilən beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak edən, coğrafiyasında nüfuz sahibi olan Azərbaycanla, iqtisadi tənəzzülə uğrayan, inkişafdan geri qalan, müstəqilliyi və suverenliyi sual altında olan və dünya terrorizminin ayrılmaz parçası olan Ermənistanı  bir tərəziyə qoymaq ən azından vicdansızlıq və şərəfsizlikdir.

Tarixi saxtalaşdıran və ondan  xəbəri olmayanlar bu gün bizə tarix dərsi keçmək istəyirlər. Qeyd etməkdə olduğumuz 9 May-Qələbə Gününün ən böyük haqq sahibi  Azərbaycan xalqıdır. Azərbaycan neftının II Dünya müharibəsi  illərində verdiyi töhfələr heç vaxt unudulmayacaqdır. Hərbi texnikanın və təyyarələrin 80 faiz yanacağını məhz Azərbaycan təmin edirdi. Cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər tələb olunan neft məhsullarını yollayan və cəbhəni fasiləsiz olaraq yanacaqla təmin edən, Böyük Vətən müharibəsinin ən ağır illərində  SSRİ-nin əsas neft bazası rolunu oynayan və qələbənin qazanılmasında ən böyük rolu olan  Azərbaycan xalqı bu qədər fəaliyyətin,fədakarlığın və zəhmətin, qarşılığında  Bakıya «Qəhrəman Şəhər» adı verilməməsi ilə “mükafat”landırıldı. II Dünya müharibəsində   Hitler Almaniyasının  təcavüzündən tarixdən silinmək təhlükəsi yaşayan Avropa bu gün Azərbaycana  qarşı Avropa Şurası Parlament Assambleyası (AŞPA) vasitəsilə  ədalətsiz münasibət sərgiləyir. Bu isə haqlı olaraq ölkə rəhbərliyinin  və ictimaiyyətin böyük etirazına səbəb olur. Təmsilcisi  olduğum təşkilatın AŞPA-nın üzvü  statusuna malik olması, dövlətimə və xalqıma qarşı haqsızlıqlara nəticəsi nə olursa-olsun göz yummaq səbəbi olmayacaqdır. Bu gün terrorçuların Şenqen vizası olmadığı halda Fransada rahat-rahat gəzdikləri bir vaxtda  AŞPA-nı tənqid edən nümayəndə heyətləri  üzvlərinin və KİV nümayəndələrinin AŞPA –nın növbəti sessiyasında iştirak etmək üçün Şengen vizası almaq artıq problemə çevrilibdir. Bu hərəkəti sərgiləyənlər  isə bu gün dünyaya demokratiyadan,qanundan,insan haqqlarından dən vuranlardır. Fransızlara isə demək istərdim ki,əgər onların azacıq da olsa keçmiş prezidentləri və milli qəhrəmanları Şarl de Qolla hörmətləri və sevgiləri qalıbsa o zaman Azərbaycana qarşı bu cür çirkli  oyunların iştirakçıları  olmamalıdırlar.

Xalqımız tarix boyu belə nankorluqları və xəyanətləri yaşayıb və bundan çox böyük nəticə çıxarıbdır. Amma hər şeyə rəğmən keçmişdə  və indiki zamanda da hər bir millətə qarşı tolerant münasibət  bəsləyibdir. Tarixdən nəticə çıxartmayan və qərb saxtakarlarının əlındə bir alətə çevrilən “milli köstəbəklər”imiz təəssüflər olsun ki, hələ də şirin yuxudan ayılmayıblar

Bir tərəfdən Avropa və Amerikanın  təzyiqlərinə, başqa bir tərəfdən isə qonşu dövlətlərin xain planlarına qarşı təkbaşına mübarizə aparan Azərbaycan  Respublikası üçün ərazi bütövlüyünü, müstəqilliyini, təhlükəsizliyini və zəngin təbii sərvətlərini qoruyub saxlamaq bəzilərinin düşündüyü kim heç də asan və rahat əldə olunmayıbdır. Təbii ki, bunun üçün ilk öncə müasir Azərbaycanımızın memarı  və qurucusu ulu öndərimiz Heydər Əliyevə və Vətənimizin bu gününü görmək arzusu ilə öz həyatlarını və ömürlərini qurban verən məğrur, müdrik və vətənpərvər insanlarımıza minnətdar olmalıyıq...

Əlövsət Hüseynquliyev,

AŞPA-nın üzvü statusuna malik olan
Beynəlxalq Antiterror Birliyi (BAB) prezidentinin muşaviri