09 iyul 2018 21:00
1638

“Balaca YARAT” layihəsinin illik yekun sərgisi açılıb

“YARAT” Müasir İncəsənət Məkanı və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Balaca YARAT” layihəsinin ilk yarımillik yekun sərgisi təqdim edilib.

AZƏRTAC xəbər verir ki, “YARAT” Müasir İncəsənət Mərkəzində reallaşan layihə çərçivəsində uşaqlar tanınmış rəssamlar Aida Mahmudova və Mikelancelo Pislotelettonun fərdi sərgilərindən ilhamlanaraq müxtəlif sənət əsərləri yaradıblar. Sərgi zamanı layihənin ustadları Nərminə Bağırova və Nigar Quliyeva uşaqların əsərlərinin mövzuları, seçilmiş materiallar və texnikalar haqqında məlumat veriblər. Bir ay davam edəcək layihə müddətində uşaqlar Roman Qocayevin rəhbərlik etdiyi “Özünü tap” layihəsi haqqında da məlumatlanacaqlar.

Uşaqlar sərgini gəzməklə yanaşı, müxtəlif interaktiv müsabiqələrdə iştirak edib hədiyyələr qazanacaqlar.