Seksual geyim tərzi ilə tez-tez gündəm yaradan Səmra Rəhimli pərəstişkarlarını sevindirməyə hazırlaşır.
Publika.az xəbər verir ki, müğənni yeni klipi üzərində çalışdığını deyib. İddialı sənətçinin sözlərinə görə, Azərbaycan şou-biznesində hələ belə bir klip olmayıb. Yeni klipinin çəkilişi zamanı lentə alınan fotoları instaqramda payalan S.Rəhimli yeni klipinin maraqlı alınacağından əminliyini dilə gətirib:
“Özümdən razı olduğum üçün deyil, gördüyüm işlərin keyfiyyətinə güvənərək, əminliklə deyə bilərəm ki, bu formatda yerli şou-biznesdə beləsi olmayıb, ilk klip gəlir. Hazırsınız? Sizcə bu dəfə sizi nə kimi kliplər gözləyir?”
Qeyd edək ki, Səmra Rəhimli Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci Avroviziya Mahnı Müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edərək final mərhələsində ölkəyə 17-ci yeri qazandırmışdı.