18 oktyabr 2018 16:03
2878

Lüks brendin reklam çarxında “Fəridəm” mahnısı

“Fendi” lüks geyim brendinin reklam çarxında Azərbaycan mahnısı istifadə olunub.

Publika.az xəbər verir ki, adıçəkilən brendin yeni "Fendimania" reklam çarxı dünən təqdim olunub. Reklam çarxında istifadə olunan bəstənin azərbaycanlı ifaçıya aid olması sosial şəbəkələrdə böyük maraq oyadıb.

Məlum olub ki, reklamda səsləndirilən “Bir gün mənə rəhmin gələcək” misraları Özbəkistanın Xalq artisti Nəsibə Abdullayevanın "Fəridəm" adlı mahnısındandır.

Azərbaycan dilində ifa olunan mahnı 1983-cü ildə Səmərqənd ansamblınin müşayiəti ilə lentə alınıb.

Qeyd edək ki, 56 yaşlı müğənni Nəsibə Abdullayeva əslən azərbaycanlıdır.