19 oktyabr 2018 00:40
2698

“Mükafat Aygün Kazımovanın evindədir”

"Bizim özümüz də sosial şəbəkədə paylaşım etmişdik ki, "Altın Kelebek"ə namizədlər siyahısındayıq. Üç dəfə çəkiliş vaxtını dəyişdik, daha sonra Bakıda olmadıq. Qərara gəldik ki, iştirak etməyək".

Bu sözləri qafqazinfo-ya açıqlamasında müğənni Sevinc Səfərova bildirib.O, əkizlərin məşhur "Altın Kelebek" mükafat gecəsinə namizədlər siyahısından imtina etdiklərini qeyd edib:

"Materiallar  hazır idi, çəkilişlər başlamışdı, amma vaxt qıtlığından alınmadı. Yozurlar ki, filankəs (red- Roza Zərgərli) olduğu üçün namizədlər siyahısından çıxmışıq. Belə bir şey yoxdur. Kiminsə varlığı yerimizi dar etmir". 

Sevinc qalibin Aygün Kazımova olduğunu vurğulayıb: "Qalib Aygün Kazımova olacaq, bunu əminliklə söyləyirəm. Amma üç namizədin adını deyə bilərəm. İstərdim ki, 3-lükdə Günay İbrahimli olsun. Öz üzərində işləyən, görünüş baxımından hər kəsdə xoş təəssürat yaradan və başını sallayıb yaradıcılığı ilə məşğul olan bir xanımdır. Amma finalçılar Aygün Kazımova, Dilarə Kazımova və Səmra Rəhimli olacaq. Bu il Aygün Kazımova və Röya Ayxan namizəd olsa, böyük səs-küy olardı. Amma sözsüz mükafat Aygün Kazımovanın evindədir".