19 oktyabr 2018 14:39
1819

Supermodeldən gözlənilməz etiraf: o da başqa qızlar kimi...

Məşhur supermodel Kendall Cenner Castin Biberin həyat yoldaşı Heyli Boldvin ilə birlikdə  Ceyms Cordenin aparıcılıq etdiyi "Carpool Karaoke" şou-proqramına qatılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, proqramın qaydalarına görə, aparıcı qonaqların hər ikisinə "yalanı müəyyənləşdirən" aparat qoşur, sonra da bir-birinə maraqlı suallar verdirir.

Heyli Boldvinin sualı sayəsində məlum olub ki, "The Keeping Up With The Kardashian" şousu ilə məşhurlaşan Kendall Cenner köhnə sevgilisinin paylaşımlarını izləmək üçün saxta Instagram profili açıb. O, verilişdə bunu etiraf etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Kendall erməni pornoulduz Kardaşyanın ögey bacısıdır. O, indiyə qədər 3 nəfərlə sevgili olub, onlardan ikisi basketbolçudur.