30 oktyabr 2018 14:55
2880

Məşhur müğənninin alt paltarında görüntüləri yayıldı

Rihannanın krujeva alt paltarında fotoları yayılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda Nyu-Yorkda payız moda həftəsində “Savage x Fenty” alt paltarı markasını təqdim edən dünya ulduzu biznesinin inkişafı ilə məşğuldur.

Markasının təbliği ilə məşğul olan Rihanna yeni kolleksiyasının reklam üzü özü olmağa qərar verib. Müğənni krujeva alt paltarı geyinərək kamera qarşısına keçib. O, alt paltarı dəstinə yüngül duvaq əlavə edib.

Rihannanın sözlərinə görə, “Savage x Fenty” kolleksiyası müxtəlif bədən quruluşuna malik olan qadınlar üçün yaradılıb. Və bu kolleksiya imkan verir ki, çəkisindən asılı olmayaraq hər bir qadın seksual alt paltarında özünü gözəl və cazibədar hiss etsin.