14 noyabr 2018 15:06
3442

“Taxt oyunları”nın sezon finalının vaxtı açıqlandı

“Taxt oyunları” filminin “Twitter”dəki rəsmi səhifəsində filmin sezon finalının treyleri yayımlanıb.

Oxu.Az xəbər verir ki, treyler öncə yayımlanmış seriyalardakı kadrlardan ibarət olub. 

Həmçinin, məlum olub ki, serialın sezon finalı 2019-cu ilin aprel ayında yayımlanacaq.

8-ci sezonun ilk treylerinin nə zaman yayımlanacağı barədə məlumat yoxdur. Daha öncə verilən xəbərə görə, son bölümlərin çəkilişləri müəlliflərin bundan öncəki sezonlarda çəkdikləri filmlərdən daha çox zaman alıb. Bu, filmin finalında genişmiqyaslı döyüş səhnələrinin çəkilməsi ilə əlaqədardır.