12 aprel 2018 14:46
1024

Kann festivalı İran filmi ilə açılacaq

71-ci Kann festivalı İran rejissoru Əsgər Fərhadinin “Hamı bilir” filmi ilə açılacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, film mayın 8-də “Lümyerlərin teatrı”nda nümayiş olunacaq. İspaniya, Fransa və İtaliyanın birgə istehsalı olan filmdə baş rollarda Penelopa Krus və Xavyer Bardem oynayır.

“Hamı bilir” filmi argentinalı ailədən bəhs edir. Onlar Buenos-Ayresdən Penelopanın personajının vətəni olan kiçik ispan şəhərinə yollanırlar. Səfər bir çox sirlərin üstünü açan gözlənilməz hadisələrlə müşayiət olunur.