09 aprel 2018 17:05
1106

Hollivud ulduzunun sevilən obrazına heykəl qoyulub

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində məşhur Hollivud ulduzu Silvestr Stallonenin ən çox sevilən obrazı Rokkiyə heykəl qoyulub.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, açılışda şəhərin meri Silvestr Stalloneni xoş sözlərlə qarşılayıb. Bildirib ki, bu məşhur aktyorun Filadelfiyaya hər gəlişi şəhər ictimaiyyəti üçün çox xoşdur.

Məlumatlara görə, Rokki heykəli 400 min dollara başa gəlib.