23 yanvar 2018 14:19
1155

Amerikalı aktrisa 106 yaşında vəfat edib

Amerikalı aktrisa Konni Soyer 106 yaşında vəfat edib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Los-Ancelesdəki evində dünyasını dəyişib.

Lakin bununla belə, aktrisanın ölümünün dəqiq səbəbləri hələlik müəyyən edilməyib.

Hollivudun ən qocaman aktrisası hesab olunan K.Soyer 1953-cü ildə karyerasına başlayıb, son dəfə 2013-cü ildə kinoya çəkilib.