16 noyabr 2017 16:30
693

Bakıda “Mutluluq zamanı” filminin qala-gecəsi olacaq

Milli və xarici filmlərin qala-gecələrinin əvəzolunmaz məkanı Nizami Kino Mərkəzində, dekabrın 13 –də türkiyə istehsalı olan “Mutluluq zamanı” filminin qala-gecəsi keçiriləcək.

Nizami Kino Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Türkiyənin məşhur aktyorları, filmdə baş rollara çəkilmiş Barış Arduç və Elçin Sangu gecədə iştirak edəcəklər.

Ekran əsəri keçmişlə uzlaşmayan, özünə mükəmməl həyat yaradan “Mutluet.com.tr” şirkətinin sahibi Mertin və bütün həyatını keçmişdə yaşadıqlarının üzərində quran Adanın eşq hekayəsindən bəhs edir.

Qeyd edək ki, baş rolları ifa edən aktyorlar Azərbaycan tamaşaçısına “Kiralıq aşk” serialından tanışdır.

Film izlənildikdən sonra qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.