10 noyabr 2017 15:51
825

Məşhur rusiyalı satirik Mixail Zadornov vəfat edib

Məşhur rusiyalı satirik Mixail Zadornov 69 yaşında vəfat edib.

Trend-in məlumatına görə, o, beyin xərçəngindən əziyyət çəkirdi.

M.Zadornov iyun ayında müalicə kursunu yarımçıq saxlayaraq, yaxınları ilə daha çox vaxt keçirmək istədiyini bəyan etmişdi.