21 sentyabr 2017 19:33
1874

Dünyanın ən çox izlənilən serialının aktrisası yeni imicdə

Dünyanın maraqla izlədiyi "Game of Thrones" ("Taxt oyunları") serialının aktrisası Emili Klark imicini dəyişib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Emili serialdakı ağ saçlarını sarıya boyatdırıb.

Eyni zamanda saçlarını kəsdirən aktrisa yeni fotolarını izləyiciləri ilə bölüşüb.

Klark bildirib ki, serialdakı saç düzümü və rəngini çox bəyənib və bir müddət həmin imicdə qalmaq istəsə də, amma müqaviləyə əsasən bu mümkün olmayıb.