Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva jurnalistlərin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, o, aktyor olan eks-əri Tolqa Karelin oğlu Cahangirlə maraqlanmamasından şikayətlənib:
“Tolqa aylıq 500 lirə alimenti belə vermir. Cahangiri arayıb-axtarmır. Oğlum da atasını soruşmur. Çox çətin günlər keçirdim. Bunların günahkarı Tolqadır. Doğru zamanda qarşıma düzgün insan çıxsa, yenidən evlənərəm”.
Qeyd edək ki, Günayla Tolqa 2011-ci ildə ailə qurub, 2015-ci ildə boşanıblar. T.Karel hazırda ailəlidir. Onun ikinci evliliyindən bir qızı dünyaya gəlib.