08 noyabr 2017 14:36
693

Portman “Yəhudi Nobeli”nin sahibi oldu

Aktrisa Natali Portman İsrailin “Genezis” adlı mükafatını qazanıb.

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə 1 milyon dollar dəyərində olan mükafat hər il təqdim edilir.

“Genezis”i həm də “Yəhudi Nobeli” da adlandırırlar. Mükafat özünün peşəkar uğurları və yəhudi dəyərlərinə sadiqliyi ilə gələcək nəsilləri ruhlandıran ictimai xadimlərə təqdim olunur.

Portman mükafata görə təsirləndiyini bildirib. “Mən İsrail köklərim və yəhudi irsimlə fəxr edirəm”, - aktrisa bildirib.

O deyib ki, bu məbləği İsrail və onun hüdudlarından kənardakı qadınlara xərcləyəcək.

Portman “Genezis”in beşinci laureatıdır. Bundan əvvəl mükafat Nyu-Yorkun eks-meri Maykl Blumberqə və aktyor Maykl Duqlasa təqdim olunub.