15 yanvar 2018 18:06
889

İki məşhur fotoqraf təcavüzlərdə suçlanır

Dünya modasında yeni qlamaqal başlanıb.

The New York Times qəzeti  ən məşhur fəşn fotoqraflar arasında yeri alan Mario Testinonu və Brüs Veberi cinsi təcavüzlərdə suçlayıb.

Milli.Az CBS-ə istinadən bildirir ki, Britaniya kral ailəsinin sevimliyi, moda jurnallarının sevimli fotoqrafı, 63 yaşlı britaniyalı Mario Testinonu 13 kişi moldel və assistentlər, Veberi isə 15 model suçlayıblar.

Hər iki fotoqraf ittihamları rədd ediblər.

Bu arada Vogue jurnalı, habelə  GQ, The New Yorker, Vogue və Vanity Fair jurnallarının sahibi olan Condé Nast çap evi "olayla bağlı araşdırmalar başa çatana qədər" hər iki fotoqrafla əməkdaşlığı dayandırdıqlarını bəyan ediblər.