15 yanvar 2018 18:09
1078

Hamı elə bildi ki...

Xəbər verdiyimiz kimi, yanvarın 13-də türkiyəli müğənni Ajda Pekkanın Heydər Əliyev adına Saraydakı konsertində Azərbaycanın 3 məşhur küsülü ulduzu Brilliant Dadaşova, Aygün Kazımova və Zülfiyyə Xanbabayeva iştirak edib. Hətta onlar konsertdən sonra "Nərgiz" jurnalının 5 illiyi münasibəti ilə təşkil olunan özəl gecədə iştirak ediblər. Kazımovanın konsertdə Xanbabayeva ilə söhbət etməsi, Aygünün şənlikdə Brilliantla duet oxuması, üç xalq artistinin rəqs etməsi müzakirələrə səbəb olub. Yerli media onların barışmaqları barədə xəbərlər dərc edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əslində eks-rəfiqələrin barışmaq xəbərləri həqiqəti əks etdirmir. Belə ki, Aygünlə Zülfiyyənin münasibətləri "salam-sağ ol"dan ibarətdir.  Bildirilir ki, onlar hər zaman tədbirlərdə, özəl məclislərdə rastlaşan zaman salamlaşır, lakin aralarında "pərdə" saxlamağa davam edirlər. 

Amma Kazımova ilə Dadaşova arasında əsən soyuq küləklər, "düşmənçilik" hələ də davam edir. Bu məqamda bildirək ki, sosial şəbəkədə iki xalq artistinin mahnı oxumasında da bu özəl tədbir üçün məcburi şəkildə mahnı ifa etmələri hiss olunur. Hətta Kazımova əməkdar artist Eyyub Yaqubovu səhnəyə dəvət edərək ifalarına qoşulmağını istəyib. Brilliant Dadaşovanın isə ümumiyyətlə Aygün tərəfə baxmaması diqqət çəkir. 

Bəs üç rəfiqələrin dostluq münasibətləri necə pozuldu? 

Bir neçə il bundan əvvəl xalq artisti Brilliant Dadaşova demişdi ki, Aygün Kazımova konsert zamanı salonu doldura bilməyib, pərtliyini ört-basdır etmək üçün həmin gün onun verdiyi konsert salonuna gələrək fotolar çəkdirib, deyib ki, güya bu onun öz konsertindən olan fotolardır.

A.Kazımova həmin konsertdə hamının onun başına yığışdığını və Brilliantın kölgədə qaldığını, buna görə də məhz belə yalan danışdığını demişdi.

Aygün Dadaşovanın ünvanına ittihamlar səsləndirmiş, onun sənətinin toyxanadan ibarət olduğunu söyləmişdi. Kazımova bundan əvvəl isə Brilliantın xiyarla fotosunu paylaşaraq onu ağır tənqid etmişdi. 

Pop ulduz  həmkarı və keçmiş rəifqəsi Zülfiyyə Xanbabayeva ilə də küsülü olmasını Brililantla əlaqələndirmişdi. Bildirmişdi ki, həmin ərəfədə Z.Xanbabayeva rəfiqəsi kimi onu müdafiə etmədiyi üçün dostluqlarına son qoyulmuşdu.