03 sentyabr 2018 16:09
2091

Hamilton liderliyini möhkəmləndirib

“Mercedes”in britaniyalı pilotu Luis Hamilton Formula 1 çempionatının 14-cü mərhələsi çərçivəsində İtaliya Qran-Prisi yürüşünün qalibi olub.

AZƏRTAC xəbər verir ki, ikinci yeri Kimi Raykkonen (Ferrari) tutub. Finlandiyalı pilot karyerasında podiuma artıq 100-cü dəfə çıxıb. Üçüncü yerə Finlandiyanın daha bir təmsilçisi Valteri Bottas (“Mercedes”) çıxıb.

Şəxsi hesabında ikinci yeri tutan Sebastyan Fettel (Ferrari) birinci dövrədə Hamiltonla toqquşandan sonra bir çox mövqelərini itirərək ikinci onluğun sonuna düşüb, lakin yekunda dördüncü yeri tutub.

Ümumi hesabda Hamilton (256) liderliyini möhkəmləndirib. İndi britaniyalı pilot Fetteldən (226) 30 xal irəlidədir.