16 oktyabr 2018 19:38
3068

Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışı başladı

Bu gündən 2019-cu ildə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına start verilib.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında Bakı Şəhər Halqasının Marketinq və kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai bildirib.

O deyib ki, biletləri şəhərin 13 satış nöqtəsindən, həmçinin onlayn şəkildə əldə etmək olacaq.

Qeyd edək ki, Bakıda növbəti Formula 1 yarışı 2019-cu il 26-28 aprel tarixlərində baş tutacaq.