Aprelin 27-də saat 15-də Bakıda Formula 2 yarışlarının sıralanma turuna start verilib.
Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparır.
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşlərdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Carlin” komandasının braziliyalı pilotu Serjiu Sette Kamara bütün rəqiblərini qabaqlayıb. O, 1 dəqiqə 54,136 saniyə göstərici ilə birinci yeri tutub.
İkinci ən yaxşı nəticə “Campos Vexatec Racing”in italiyalı pilotu Luka Qyotto (1:57.208), üçüncü nəticə isə “MP Motorsport”un pilotu Ralf Boşunqa (1:57.629) məxsusdur.
Aprelin 28-də 29 dövrədən ibarət birinci, ertəsi gün isə 21 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.