26 aprel 2018 22:21
3163

Erik Bulye: Bakı trası sürətli və mürəkkəbdir

Ötən il Bakıdakı yarışlar dramatik və hadisələrlə zəngin oldu. Builki uik-end zamanı əsas amil strategiya olacaq. Biz bilirik ki, bazar günləri bolidimizlə yüksək nəticələr əldə edə bilərik. Ona görə şəraitə cəld reaksiya vermək lazımdır.

AZƏRTAC xəbər verir ki, bu fikri "McLaren"in yarış direktoru Erik Bulye səsləndirib.

Onun sözlərinə görə, irəliləyişə nail olmaq üçün gərgin iş prosesini davam etdirmək lazımdır. Bulye əlavə edib: “Hər iki pilotumuz mövsümün ilk yarışlarında parlaq nəticələr əldə ediblər. Bilirəm ki, Bakıda onlar bütün imkanlardan maksimum istifadə edəcəklər. Bizim sevinc hissi ilə çıxdığımız Bakı trası sürətli və mürəkkəbdir. Orada ötmə əməliyyatları asan deyil və bu səbəbdən start mövqelərinin əhəmiyyətini lazımi qədər qiymətləndirməliyik. Biz gözəl şəhərin tarixi küçələri boyunca maraqlı trasda uik-endi səbirsizliklə gözləyirik".