25 aprel 2018 14:06
2751

Fernando Alonso Azərbaycan Qran-Prisindən danışıb

İspaniyanın "La Vanguardia" nəşrində "McLaren" komandasının ispan pilotu Fernando Alonsonun Azərbaycan Qran-Prisi haqqında fikirlərindən ibarət məqalə dərc edilib.

Yazıda qeyd olunur ki, dünya şöhrətli pilot komandasının bolidinin məhdudiyyətlərini etiraf edir və Azərbaycan Qran-Prisində xüsusi bir dəyişikliyin olacağını gözləmir.

Fernando Alonso Bakı Şəhər Həlqəsi haqqında da fikirlərini bildirib. Pilot deyib ki, bu, hazırda ən sürətli və uzun şəhər trasıdır, bolidə qarşı olduqca tələbkardır. O, həmçinin bütün pilotların Bakıdakı tras haqqında müsbət fikirdə olduqlarını qeyd edib.