09 aprel 2018 15:52
2211

F1 ilə əlaqədar hazırlıq işləri nə vaxt bitəcək?

Formula 1 yarışı ilə əlaqədar aparılan hazırlıq işləri son yarış həftəsinə qədər davam edəcək.

Bunu Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, bütün hazırlıq işləri qrafikə uyğun olaraq, mərhələli şəkildə aparılır: "Artıq tribunalar hazırdır. İndi bulvar ərazisində əyləncə qurğuları quraşdırılır. Son işlərimiz məhz yarış həftəsi zamanı - yollar bağlandıqdan sonra görüləcək".

N.Arpadarai əlavə edib ki, yarış üçün biletlərin satışı çox yaxşı gedir: "Tribunalara demək olar ki, biletlər qalmayıb".

N.Arpadarai builki yarış zamanı əyləncə proqramının çox zəngin olacağını da söyləyib. Əyləncə proqramında 6 dünya ulduzu iştirak edəcək.