20 iyun 2017 21:52
1087

Azərbaycana qayıtmağı səbirsizliklə gözləyirəm

“Williams”ın pilotu, braziliyalı avtoyürüşçü, 2008-ci ildə ”Formula-1” üzrə dünya çempionu Felipe Massa Bakıda növbəti mərhələ ilə bağlı gözləntilərindən danışıb.

“Williams”ın mətbuat xidməti F.Massanın bu sözlərini sitat gətirib: “Mən Azərbaycan kimi gözəl bir ölkəyə və şəhərin düz mərkəzində yerləşən bu unikal trasa qayıtmağı səbirsizliklə gözləyirəm. Trasda 90 dərəcəlik döngələr boldur, əsas uzun düz yolda isə çox yüksək sürət götürmək mümkündür”.

Ötən il Bakıda biz finişə iki maşınla gəldik. Ümidvaram ki, bu dəfə Bakıda yaxşı nəticə əldə edəcəyik”.

Braziliyalının tərəf-müqabili Lens Stroll əlavə edib: “Daha əvvəl heç vaxt Bakıda olmamışam və ötən ilki yürüşü görməmişəm, çünki həmin vaxt başqa seriyadan olan mərhələ yarışında çıxış edirdim.

Hələlik nə gözləyəcəyimi bilmirəm. Mən simulyatorda işləməmişəm, çünki adətən bunu bilavasitə Qran-Priyə yollanmamışdan əvvəl edirəm. Eşitmişəm ki, çox gözəl yerdir və buna şəxsi təcrübəmdə əmin olmaq imkanını səbirsizliklə gözləyirəm.

Məni daha bir yeni ölkə və tras gözləyir. Heç olmazsa, növbəti bir neçə yürüş artıq tanış treklərdə keçiriləcək”.