Bu gün Azərbaycanın Baş naziri Novruz Məmmədov Türkiyəyə səfərə gedəcəyi gözlənilir.
"Report" Habertürk-ə istinadən xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün keçiriləcək andiçmə mərasimində iştirak edəcək.
İyulun 9-da Türkiyə prezidentinin andiçmə mərasimi keçiriləcək. Mərasimdə 22 ölkənin prezidenti, 28 dövlətin baş naziri və parlament sədri, 6 beynəlxalq təşkilatın baş katibi iştirak edəcək.
Andiçmə mərasimindən sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı ziyarət ediləcək. Bu mərasimdən sonra qonaqların şərəfinə ziyafət veriləcək.