09 iyul 2018 15:11
826

Yeni “Qüds ssenarisi” – Ölkəni böləcək PLAN İŞƏ DÜŞDÜ

2017-ci ilin sentyabrında Şimali İraq kürd muxtariyyətində keçirilən referendumda istədiyi nəticəni əldə edə bilməyən Vaşinqton İraqı böləcək yeni ssenarini həyata keçirməyə çalışır.

Publika.az Türkiyənin “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, ABŞ kürd muxtariyyətinin paytaxtı Ərbildə dünyanın ən böyük konsulluq binasını inşa edir.

İraq Türkmən Cəbhəsinin səlahiyyətlisi Hüseyn Ömər Bəyoğlunun sözlərinə görə, Ərbildə tikilən kompleks konsulluqdan daha çox səfirlik standartlarındadır. İnşası 4 ildə başa çatacaq konsulluq binasının dəyəri 650 milyon dollardır.

“Kompleks konsulluqdan daha çox səfirlik standartlarına görə hazırlanır. Birləşmiş Ştatlar diqqətini Ərbildə bir sıra yeni hesablarıa yönəldib. ABŞ 2018-ci ilin sentyabrında keçiriləcək Şimali İraq referendumdan sonra müstəqil Kürdüstan ssenarisinin yenidən səhnəyə qoya bilər”, - Bəyoğlu deyib.

ABŞ, Avropa və İsrailin bölgəyə marağının olduqca yüksək olduğunu ifadə edən Beyoğlu qarşıdakı müddətdə Ərbildə ikinci “Qüds ssenarisi”nin reallaşmasını istisna etmir.