09 iyul 2018 20:20
1475

Tereza Mey yeni "Brexit" nazirini təyin etdi

Böyük Britaniyanın baş naziri Tereza Mey "Brexit" məsələləri üzrə yeni nazir təyin edib.

Trend-in məlumatına görə, bu vəzifəyə Dominik Raab təyin olunub.

Xatırladaq ki, keçmiş nazir Devid Devis bu gün istefa vermişdi.

Qeyd olunur ki, onun istefasına səbəb Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsi ilə bağlı digər hökumət üzvləri ilə fikir ayrlığı olub.