09 iyul 2018 20:36
1082

Ermənistanda tanınmış "kölgə milyonçusu" intihar edib

Yerevanda 69 yaşlı erməni milyonçu Nikolay Qabrielyan intihar edib.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.

Nikolay Qabrielyan Qazi Kolya təxəllüsü ilə də tanınırmış. O, “Transqaz” Məhdud Məsuliyyətli Cəmiyyətin sahibi olub.

Onun özünü güllə ilə başından vurduğu iddia edilir.

Bildirilib ki, Nikolay Qabrielyan Ermənistanda kölgə milyonçularından bir olub. O, Ermənistanda cinayətkar aləmin tanınmış üzvlərindən sayılan Ara Vardanyanın (Çvçv Aro) qaynatası imiş. Vardanya isə 2017-ci ilin yayında ölüb.