10 iyul 2018 15:59
746

Ermənistanda yüksək vəzifəli məmur barəsində korrupsiyaya görə araşdırmalara başlanılıb

Ermənistan Dövlət Gəlirləri Komitəsinin Əməliyyat-təhlil idarəsiinin rəisi Karen Karapetyan barəsində korrupsiyaya görə araşdırmalara başlanılıb. 

“Report” xəbər verir ki, bunu “Jamanak” qəzeti yazıb.

Məlumata görə, K.Karapetyan həmin vəzifəyə bir müddət əvvəl təyin olunub. Təyinatdan sonra onun adı korrupsiya qalmaqalında hallanmağa başlayıb. Hazırda K.Karapetyan müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb. Korrpusiya qalmaqalı ilə bağlı araşdırmalar aparılır. Onun barəsində cinayət işinin başlanacağı istisna edilmir.

Bundan əvvəl K.Karapetyan Kentron rayonunun vergilər idarəsinin rəisi vəzifəsində işləyib. Məlumata əsasən, korrupsiyaya ən çox bulaşmış K.Karapetyan Ermənistan polisinin başçısı Valeri Osipyanın "xaç atası"dır.