10 iyul 2018 21:16
1174

Liberman xəbərdarlıq etdi: Bura daxil olanın həyatı təhlükədədir

İsrail və Suriya arasında silahsızlaşdırılmış zonaya daxil hər bir suriyalı əsgər öz həyatını təhlükəyə məruz qoyur.

Trend-in məlumatına görə, bunu İsrailin müdafiə naziri Aviqdor Liberman bəyan edib.

Nazir bildirib ki, Suriyada münaqişə başladıqdan İsrail bu münaqişəyə qarışmaycağını bildirib və bunun müqabilində Suriya hərbçilərinin bufer zonasına daxil olmamasını gözləyir.

Qeyd edək ki, 1974-cü ildə İsrail ilə Suriya arasında əldə olunan razılaşmaya əsasən iki ölkə arasında bufer zonası yaradılıb.