16 iyul 2018 20:37
1366

Tramp: “ABŞ və Rusiyanın münasibətləri qaydasına salması üçün şans var”

“ABŞ və Rusiyanın münasibətləri qaydasına salması üçün şans var”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Helsinkidə keçirdiyi görüş zamanı bildirib.

“Putinlə danışmağa mövzu var, o cümlədən ticarət, hərbi məsələlər və Çinlə münasibətlə bağlı problemi müzakirə edəcəyik”, - deyə o vurğulayıb.

Rusiya prezidenti görüş zamanı Trampa ağrılı məsələləri müzakirə etməyi təklif edib: “İkitərəfli münasibətlər və beynəlxalq problemləri müzakirə etməyin vaxtı çatıb”.