17 oktyabr 2018 23:55
1755

Türkiyənin əfv etdiyi ABŞ-lı rahibin kilsəsi satıldı

ABŞ-lı Endryu Bransonun İzmirdə rahiblik etdiyi kilsə 270 min dollara satılıb.

Milli.Az xəbər verir ki, 20 ildir kilsə kimi fəaliyyət göstərən ikimərtəbəli, 90 metrlik binanın elə kilisə kimi fəaliyyətinin davam etdiriləcəyi deyilir.

Qeyd edək ki, 20 ildən çox İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilmişdi. Bu il iyulun 25-də isə ev dustağı edilmişdi. Branson 12 oktyabrda İzmir vilayətində Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.